Son zamanlar ölkəmizdə cəbhə xəttində xoşagəlməz hadisələr yaşadıq. Demək olar ki, biz həm dünyanı bürümüş pandemiya ilə, həm də müharibə gedən ölkə kimi çox gərgin anlar yaşayırıq, mübarizə aparırıq. Son günlər xüsusilə Azərbaycanın işğal olunmuş ərazilərində atəşkəsin pozulması, dinc əhalinin yaşayışının pozulması, Ordumuzun itki verməsi, rütbəli zabitlərimizin şəhid olması onu deməyə əsas verir ki, ermənistanın siyasi rəhbərliyi Azərbaycana qarşı növbəti hərbi təxribat törətməyə hazırlaşır. Ermənistan sülh prosesini pozmaqda davam edir və münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığını nümayiş etdirir. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən istifadə etməklə demək olar ki, hər gün gün ərzində dəfələrlə atəşkəs rejimini pozurlar. Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin qeyri-qanuni fəaliyyəti və təxribatı davam etməkdədir. Bu günlərdə qondarma rejim başçısı Ariak Arutunyan öz çıxışında bildirib ki, Livandan bir qrup erməni ailəsini Dağlıq Qarabağa köçürülməsi məsələsi üzərində iş aparılır. Təbii ki, bu çox qorxulu tendesiyadır və beynəlxalq hüquqa ziddir. İndiki vəziyyətdə Ermənistan bu planını həyata keçirmək üçün Livan ermənilərinə ümid bəsləyir. Lakin Ermənistan hakimiyyəti onları Ermənistana deyil, işğal altındakı Azərbaycan ərazilərinə köçürür. Təhlükəlisi isə odur ki, Ermənistan Livandan köçürülmüş həmin ermənilərin daha sonra Dağlıq Qarabağın yerli əhalisi kimi qələmə verəcək. Sonra bütün dünyaya göstərəcəklər ki, Qarabağda ermənilər yaşayır. Onların əsas məqsədi də məhz budur. Bütün bu olanlar təbii ki, ermənilərin öz gücü sayəsində ola bilməz. Onlar həmişəki kimi kimlərdənsə dəstək alırlar. Son günlər Rusiyadan ermənistana silah gətirilməsi ilə bağlı məlumatlar yayılıb. Cənab Prezident İlham Əliyev tərəfindən bu məsələ Rusiya prezidenti qarşısında da qaldırılıb. Müxtəlif istiqamətlərdə Rusiyadan yüklərin daşınması həyata keçirilir və bu ictimaiyyətimizi çox narahat edir. Rusiya tərəfinin izahı bizi tam qane etmir. Biz gözləyirik ki, hansı əsaslarla ermənistanın silahlandırılmasının davam etdiyinə aydınlıq gətirilsin. Ermənistan Tovuz hadisələri zamanı işğalçılıq siyasətini davam etdirdiyini bir daha sübut etdi. Bildiyimiz kimi, Türkiyə qardaş dövlət olaraq hər zaman bizə dəstək olmuşdur. Türkiyyə və Azərbaycan terrorizmdən əziyyət çəkən ölkə kimi həmişə bir yerdə olmaları, bir-birinə dəstək olmaları normal haldır və bu bir mənalı qarşılanmalıdır. Hər il olduğu kimi Azərbaycan Türkiyə ordusunun hərbi əməkdaşlıq təlimi bu gündə davam etdirilir. Bu təlimlər bir növ ənənə halını almışdır. Düzdür bu kənardan birmənalı qarşılanmır, qısqanc dövlətlər tərəfindən qabarıq şəkildə səsləndirilir və təbii ki gündəmə gəlir. Lakin bunlar Azərbaycan Türkiyə qardaşlığına heç zaman mane ola bilməz. Biz həmişə türk dövləti olaraq, qardaş dövlət kimi birlikdəyik, birlikdə daha güclüyük. Venera Rəsulova, Xocalı rayon ziyalısı